Haqqimizda

Şirkətin Prezidenti Yusifov Bayram Məmməd oğludur.

1994-cü ildən Gəncəli istehsalat kommersiya şirkətini təsis etmiş və bu günə qədər həmin şirkətə rəhbərlik edir. 2009-cu və 2013-cü illərdə keçirilən Azərbaycan Ağsaqqallar Şurasının V və Vİ qurultaylarında AAŞ-nın sədr müavini seçilmişdir.

2008-ci ildə Gəncəli istehsalat-kommersiya şirkəti Gəncəli Plaza mehmanxanasının tikintisini başa vurub istismara vermişdir.

Şəhərin mərkəzində yerləşən Gəncəli Plaza mehmanxanasında ən yüksək standartlara cavab verən və hər cür şəraiti olan otaqlar qonaqların ixtiyarına verilmişdir. Burada həmçinin konfrans zalı, idman zalı, restoran və bar fəaliyyət göstərir. İKK Gəncəli şirkəti Gəncəli Plaza mehmanxanasının 6-cı mərtəbəsində yerləşir.

Bizim şirkətin strategiyası mövcud tərəfdaşlarla daimi və qarşılıqlı faydalı kommersiya əlaqələrinin qorunması, eləcə də, gələcək inkişaf üçün yeni perspektivli əlaqələrin axtarışıdır. 

500x500_24a3ff042165d112775654004db63709