Haqqımızda
Əsas səhifə / Haqqımızda

Şirkətin Prezidenti Yusifov Bayram Məmməd oğludur. O şirkəti 1994-cü ildə təsis etmişdir.

1994-cü ildən Gəncəli istehsalat kommersiya şirkətini təsis etmiş və bu günə qədər həmin şirkətə rəhbərlik edir. 2009, 2013 və 2018-ci illərdə keçirilən Azərbaycan Ağsaqqallar Şurasının V, VI və VII-ci qurultaylarında AAŞ-nın sədr müavini seçilmişdir.

2008-ci ildə Gəncəli istehsalat-kommersiya şirkəti Gəncəli Plaza mehmanxanasının tikintisini başa vurub istismara vermişdir.

Şəhərin mərkəzində yerləşən Gəncəli Plaza mehmanxanasında ən yüksək standartlara cavab verən və hər cür şəraiti olan otaqlar qonaqların ixtiyarına verilmişdir. Burada həmçinin konfrans zalı, idman zalı, restoran və bar fəaliyyət göstərir. İKŞ Gəncəli Gəncəli Plaza mehmanxanasının 6-cı mərtəbəsində yerləşir.

Bizim şirkətin strategiyası mövcud tərəfdaşlarla daimi və qarşılıqlı faydalı kommersiya əlaqələrinin qorunması, eləcə də, gələcək inkişaf üçün yeni perspektivli əlaqələrin axtarışıdır.

Məlumat
Bizim şirkətin strategiyası mövcud tərəfdaşlarla daimi və qarşılıqlı faydalı kommersiya əlaqələrinin qorunması, eləcə də, gələcək inkişaf üçün yeni perspektivli əlaqələrin axtarışıdır.
Əlaqə